Türkiyə ilə İraq arasında təhlükəsizliyə dair “Müştərək Koordinasiya Mərkəzi” yaradılacaq.
Baymedia.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Mərkəzin təsis edilməsi barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa ziyarəti zamanı qərar verilib:
“Təhlükəsizlik, ortaq sərhəd təhlükəsizliyi və terrorla mübarizə sahələrində əməkdaşlığın institusionallaşdırılması və davam etdirilməsini təmin etmək üçün yaradılacaq “Müştərək Koordinasiya Mərkəzi”nin prinsiplərinin müəyyən edilməsi üçün İraq tərəfi ilə danışıqlar davam etdirilir”, - deyə Nazirlikdən bildirilib.
Bundan əlavə, İraq və Suriyanın şimalı da daxil olmaqla son bir həftədə 54, 2024-cü il yanvarın 1-dən indiyədək İraqın şimalında 360, Suriyanın şimalında 442 olmaqla 802 terrorçunun zərərsizləşdirildiyi də vurğulanıb.