• 17 May 2024
logo
“Siyasət xalqın gündəminə laqeyd qala bilməz” - Özgür Özəl

“Siyasət xalqın gündəminə laqeyd qala bilməz” - Özgür Özəl

"Numan Kurtulmuşa dialoqa açıq münasibətinə görə istənilən mövzuda görüşə biləcəyimizi söylədim. Siyasət xalqın gündəminə laqeyd qala bilməz”.
Baymedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu TBMM sədri Numan Kurtulmuşla görüşlə bağlı açıqlama verən CHP sədri Özgür Özəl deyib: “Yeni konstitusiya gözləntisinin xalqın harasında olduğuna baxmaq lazımdır. Hörmətli prezidentin bu gün etdiyi qiymətləndirmələri biz qrupumuzla dəyərləndirəcəyik. Yeni bir paltar alacaqsaq, əgər geyəcəyiksə alaq. Yeni konstitusiya edəcəyiksə, buna uyacaqsaq edək. Əgər konstitusiyaya əməl edilmirsə, əməl olunmursa, o zaman konstitusiyanın nə anlamı qalır? Keçən dəfə edildi, amma izlənilmədi. Həssaslıqları çatdırdıq. Konstitusiya müzakirələri başqa məsələləri görünməz edirsə, bunun faydası yoxdur. Çünki belə olduğu halda biz, vətəndaşın mesajını almamış oluruq. Biz, əl sıxdıq, bu, demokratiyada inananların etməli olduğu bir işdir”.