• 18 May 2024
logo
MİT-dən PKK-ya ağır zərbə: 16 terrorçu məhv edildi

MİT-dən PKK-ya ağır zərbə: 16 terrorçu məhv edildi

Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) aprel ayında ölkə daxilində və sərhəddən kənarda PKK-ya ağır zərbələr vurub.

Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Aprel ayında keçirilən əməliyyatlar çərçivəsində 19 terrorçu ələ keçirilib, 16-sı isə məhv edilib.