• 8 Sentyabr 2024
logo
Rusiyanın ən gözəl baykeri Türkiyədə qəzada öldü

Rusiyanın ən gözəl baykeri Türkiyədə qəzada öldü

“Rusiyanın ən gözəl baykeri” adlandırılan rusiyalı bloger “MotoTanya” (Tatyana Ozolina) Türkiyənin Muğla vilayətində qəza keçirərək ölüb.

Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Onur Obutun idarə etdiyi motosiklet Sökə və Milas şəhərləri arasındakı magistralda Sarıçay kəndi yaxınlığında rusiyalı Tatyana Özolinanın idarə etdiyi motosikletlə toqquşub.

38 yaşlı Tatyana iki türk motosikletçi ilə İzmirdən Bodruma gedirmiş. Ozolina idarəetməni itirərək yük maşınına çırpılıb. Qadın təcili yardım gələnə qədər dünyasını dəyişib.