• 8 Sentyabr 2024
logo
Ərdoğandan inflyasiya açıqlaması: Ən pis mənzərə...

Ərdoğandan inflyasiya açıqlaması: Ən pis mənzərə...

İqtisadi problemlərimizin öhdəsindən gəlirik. Ən pis mənzərəni geridə qoyduğumuzu düşünürəm.

Baymedia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, bundan sonra inflyasiya faizi daha sürətlə aşağı düşəcək:

“11 ildən sonra gələn reytinq artımı Türkiyə üçün çox gec əldə olunmuş bir göstəricidir. Türkiyənin iqtisadi imkanları bu göstəricilərin çox üstündədir. İlin sonuna qədər inflyasiyanı mütləq hədəfimizə endirəcəyik. Türkiyə doğru yoldadır və hədəflərinə doğru möhkəm addımlar atır. Son 21 ildə təqaüdçülərimizin yaşam keyfiyyətini yüksəldəcək addımlar atdıq. 2024-cü ildə pensiyaçıların məvacibi 78-86 faiz nisbətində artıb. Məqsədimiz iqtisadiyyatımızı inflyasiyaya yol açacaq çıxmaz döngəyə salmadan xalqın rifahını yüksəltməkdir”.