• 8 Sentyabr 2024
logo
Ərdoğandan paylaşım: Dirilişin mübarək!

Ərdoğandan paylaşım: Dirilişin mübarək!

İstanbulun fəth edilməsinin simvolu olan Aya Sofya məscidinin Fateh Sultan Mehmet Xanın vəqf nizamnaməsinə uyğun olaraq yenidən ibadətə açılmasının ildönümünü təbrik edirəm. Allaha həmd olsun, Aya Sofyanın yenidən dirilməsi mübarək olsun.

Baymedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərdoğan X hesabından etdiyi paylaşımda bildirib.

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscidə çevrilən məbəd qısa müddət muzey kimi istifadə olunub. 24 iyul 2020-ci ildə qılınan ilk namazla Aya Sofya yenidən məscid kimi fəaliyyətini bərpa edib.