Türkiyənin Bursa şəhərinin Böyükorxan rayonunda 4 bal gücündə zəlzələ baş verib.
Baymedia.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerin 4,69 kilometr dərinliyində meydana gəlib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.