• 21 Dekabr 2024
logo
Qırğızıstan XİN ölkə vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb

Qırğızıstan XİN ölkə vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb

Qırğızıstanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Rusiyaya səfərlərdən çəkinməyə çağırıb.

Baymedia.az-ın yerli mətbuata istinadən xəbərinə verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb:

“Rusiyada tətbiq olunan əlavə təhlükəsizlik tədbirləri və sərhədi keçmək istəyən xarici ölkə vətəndaşlarına qarşı gücləndirilmiş nəzarət-yoxlama tədbirləri ilə əlaqədar Qırğızıstan vətəndaşlarını ciddi səbəb olmadan Rusiya ərazisinə səfərlərdən çəkinməyə çağırırıq”, - Qırğızıstan XİN-in məlumatında deyilir.