• 16 Sentyabr 2024
logo
Dilan Poladın əri də azadlığa çıxdı

Dilan Poladın əri də azadlığa çıxdı

Türkiyədə çirkli pulların yuyulması, vergi qanununun pozulması, qanunsuz mərc və şans oyunlarında iştirakda günahlandırılaraq həbs olunan sosial media fenomeni Engin Polad sərbəst buraxılıb.

Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.

Məlumata görə, Engin Poladla bərabər daha 3 şəxs barəsində təxliyə qərarı verilib.

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də sosial şəbəkə fenomeni Dilan Polad və həyat yoldaşı Engin Polad, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşad Polad daxil olmaqla 24 nəfər saxlanılıb. Bu ilin avqustun 19-da isə Dilan Polad azadlığa buraxılıb.