• 30 Aprel 2024
logo
Türkiyədə koronavirusdan sağalanların sayı 122 min nəfəri ötüb

Türkiyədə koronavirusdan sağalanların sayı 122 min nəfəri ötüb

Türkiyədə son 24 saat ərzində daha 34 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 431 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 035 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 159 797 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 286 nəfər olmaqla 122 793 nəfər təşkil edir.
Son sutka ərzində koronavirusla bağlı 21 043 test aparılıb.