Türkiyənin Sakarya vilayətində fişəng istehsal edən fabrikdə partlayış baş verib.
Yerli vaxtla saat 11:15-də Hendek rayonunda yerləşən fabrikdə ard-arda bir neçə şiddətli partlayış olub.
Ölən və yaralananlar haqda hələlik məlumat yoxdur.
Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.