Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell arasında telefon danışığı olub.
Türkiyə Xarici İşlər Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, telefon danışığı zamanı tərəflər Şərqi Aralıq dənizi ilə bağlı müzakirələr aparıblar.