• 10 İyul 2025
logo
Koronavirusun mutasiyası ilə əlaqədar dörd ölkədən Türkiyəyə aviareyslər dayandırılıb

Koronavirusun mutasiyası ilə əlaqədar dörd ölkədən Türkiyəyə aviareyslər dayandırılıb

"Koronavirusun mutasiyaya uğrayaraq İngiltərədə yoluxma sürətinin artdığı bildirilib".

Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca "Twitter" səhifəsində yazıb.

O, 4 ölkədən Türkiyəyə uçuşların müvəqqəti dayandırılması ilə bağlı qərarın verildiyini bildirib:

"Prezidentimizin təlimatı, Nəqliyyat və İnfrastruktur Nazirliyimizin koordinasiyası ilə Britaniya, Danimarka, Hollandiya və Cənubi Afrika Respublikasından ölkəmizə olan uçuşların müvəqqəti dayandırılmasına qərar verilib".