• 22 Dekabr 2024
logo
PKK terrorçularından iyrənc əməl: Xocalı qətliamının şəklini yayıb, Türkiyə ordusuna böhtan atdılar

PKK terrorçularından iyrənc əməl: Xocalı qətliamının şəklini yayıb, Türkiyə ordusuna böhtan atdılar

Türkiyə ordusu Suriyada antiterror əməliyyatlarına başlayan kimi, PKK terrorçuları iyrənc əmələ əl atıb.
Türkiyənin cənub sərhədində qurulmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və sabitliyi gətirmək məqsədi daşıyan "Barış Pınarı" hərəkatının başlamasıyla terror təşkilatına yaxın hesabların sosial şəbəkədə manipuliyasiya və dezinformasiya fəaliyyəti başlayıb.
Terrorçular tarixdəki qətliamlardan fotoları sosial şəbəkələrdə yayaraq, həmin hadisələrin Türkiyə ordusunun "Zeytun budağı" və "Fərat qalxanı" əməliyatında gerçəkləşdirildiyi iddiasını irəli sürüb.
Sosial şəbəkədə yayılan həmin fotolarda sözlər yazılıb:
"Türkiyənin əvvəlcədən etdiyi budur. Yenidən etməyəcəyinimı düşünürsünüz?"
Məsələ bundandır ki, terrorçuların yaydıqları bu foto 1992-ci ilin fevralın 26-da ermənilərin Xocalıda törətdikləri qətliamın şəklidir.
Qeyd edək ki, terror təşkilatı tərəfdarlarının "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatları sırasında dünya miqyasında baş verən savaş və qətliam fotolarını sosial şəbəkələrdə yayaraq, manipulyasiya və dezinformasiya məqsədilə istifadə etdikləri ortaya çıxmışdı.