• 13 İyul 2025
logo
Ərdəbildə mədə xərçəngi yayılıb: Millət vəkili içməli su problemi ilə bağlı xəbərdarlıq etdi

Ərdəbildə mədə xərçəngi yayılıb: Millət vəkili içməli su problemi ilə bağlı xəbərdarlıq etdi

İranda və Güney Azərbaycan əyalətlərində sosial problemlərin artması narazılığa səbəb olub. Artıq hakimiyyətdə təmsil olunan bir sıra şəxslər də etiraz səslərini ucaltmağa başlayıb.
Ərdəbil, Nir və Nəmin şəhərlərinin İran parlamentindəki nümayəndəsi Höccətül-İslam Seyid Kazım Musəvi əyalətdə içməli su problemindən və artan xəstəliklərdən danışıb.
Seyid Kazım Musəvi Ərdəbil əyalətində içməli su probleminin həll edilmədiyini və əyalətin müxtəlif bölgələrində mədə xərçənginə yoluxanların sürətlə çoxaldığını bidlirib, bu sahədə əməli tədbirlər görülməsə daha ciddi fəsadların ortaya çıxacağını deyib.
Kazım Musəvi bir çox potensiala malik olmasına baxmayaraq Ərdəbilin yoxsul əyalətlər sırasında saxlanıldığını və imkanlarına görə layiq olduğu yeri tuta bilmədiyini bildirib.
Əyalətdə işsizliyin artdığını bildirən Seyid Kazım Musəvi deyib ki, gənclər mütəmadi olaraq məşğulluq problemi ilə qarşılaşır. O, deyib ki, əhalinin artan narazılığının qarşısını almaq üçün İbrahim Rəisi hökuməti Ərdəbildə iş yerlərinin açılması və əhalinin işlə təmin olunması istiqamətində addımlar atmalıdır.
Seyid Kazım Musəvi Nəminin Özəli İqtisadi Məntəqəsini fəallaşdırmağın və ən qısa müddətdə azad ticarət zonası qurmağın vacib olduğunu bildirib.
"Azad ticarət məntəqəsi üçün yalnız bir yerin təsdiqlədiyinə görə “Sistemin Məsləhətini Müəyyənləşdirən Şura”dan narazıyıq"-deyə, o, bildirib.
Azad ticarət məntəqəsinin sahəsinin 10 min hektar olduğunu xatırladan deputat deyib ki, məntəqənin Ərdəbil əyalətinin Parsabad, Biləsuvar, Germi və Nəmin şəhərlərini əhatə etməsi məqsədəuyğun olar.
Gunaz.tv