Güney Azərbaycan şəhərlərində milli fəalalra qarşı təzyiqlər davam edir. Dünən Ərdəbil şəhərindən olan Pərviz Siyabi təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
Onun hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat yoxdur.
P.Siyabinin 24 iyul Xuzistanda su üsyanına dəstək və Güney azərbaycanlılarının hüquqlarının tələbi ilə bağlı keçirilən aksiyalarla bağlı saxlanıldığı ehtimal edilir.
Pərviz Siyabi bundan öncə 18 oktyabr 2020-ci ildə Qarabağın azadlığı uğrunda aparılan hərbi əməliyyatlar zamanı İranın Ermənistana yanacaq və lojistik dəstək verməsinə etiraz olaraq Ərdəbiln Ciral parkında keçirilən aksiyada iştirak edən etdiyinə görə həbs olunub.
Daha sonra 500 milyon tümən girov qarşılığında məhkəməyə qədər müvəqqəti olaraq azadlığa buraxılıb.
Gunaz.tv