• 19 May 2024
logo
Türkiyə Yunanıstana nota verdi

Türkiyə Yunanıstana nota verdi

Türkiyə Ədirnədə Yunanıstandan açılan atəş nətcəsində bir vətəndaşının öldürülməsi ilə bağlı qarşı tərəfə nota verib.
Yunanıstanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub. Türkiyə XİN hadisə ilə bağlı məlumat verilməsini, qatil və ya qatillərin tapılaraq cəzalandırılmasını, belə halların təkrarlanmasının qarşısının alınması üçün tədbirlərin görülməsini tələb edib.
Qeyd edək ki, hadisə dünən yerli vaxtla saat 19:20-də baş verib. Ədirnə vilayətinin Meriç rayonunun Yunanıstanla sərhəddə yerləşən Adasarhanlı kəndində 43 yaşlı Məhməd Durğun mülki geyimli yunanlar tərəfindən açılan atəş nəticəsində həlak olub.