• 12 İyul 2025
logo
ETTELAAT Türkiyədə yaşayan culfalı xanımı şərləmək istəyir

ETTELAAT Türkiyədə yaşayan culfalı xanımı şərləmək istəyir

Şərqi Azərbaycan əyalətinin Culfa şəhərindən olan Aygün Rəştbəri təhlükəsizlik idarəsinin təzyiqləri ilə üzləşib.
Türkiyədə yaşayan Aygün Rəştbəri iyulun 20-də geri qayıtmaq məqsədilə Təbriz hava limanına gedib. Lakin orada ona ölkədən çıxışına qadağa qoyulduğunu deyilib.
Onun pasportdu da hava limanının təhlükəsizlik məmurları tərəfindən əlindən alınıb.
Bundan öncə martın 7-də anasının yas mərasiminə qatılmaq üçün Culfaya geri dönən Aygün Rəştbəri aprelin 20-də şəhərin təhlükəsizlik idarəsinə çağrılaraq sorğu-suala tutulub.
Aygün Rəştbəriyə təzyiq edərək bildirirblər ki, ETTELAAT-la əməkdaşlıq etmək barədə təklifi qəbul etməsə, ona qarşı ittiham irəli sürüləcək.
Yaxınlarının verdiyi məlumata görə, o pasportunun alınması və ölkədən çıxışına qadağa qoyulması barədə qərarla iyulun 20-də hava limanında tanış olub.
Qərar Təbrizin Ümumi və İnqilab Məhkəməsinin Qərarların İcrası İdarəsinin 9-cu bölməsi tərəfindən verilib.
A.Rəştbərinin ETTELAAT tərəfindən dindirilməsi onun xaricdə yaşayan həyat yoldaşı ilə bağlı olduğu buldirilir.
Gunaz.tv