• 7 İyul 2025
logo
Ankara dəmiryol stansiyasının yaxınlığında yanğın olub

Ankara dəmiryol stansiyasının yaxınlığında yanğın olub

Ankarada dəmiryol stansiyası yaxınlığında yanğın baş verib.
Bu barədə Ankara valisi Vasip Şahin bildirib.
Onun sözlərinə görə, Ankaranın yüksək sürət qatarları stansiyasının binası (Ankara YHT Gar) yaxınlığındakı tikintidə başlayan yanğın xilasedicilərin müdaxiləsilə nəzarətə alınıb.
Vasip Şahin hazırda yanğının tamamilə söndürülməsi üçün fəaliyyətlərin davam etdiyini bildirib.