• 6 İyul 2025
logo
İstanbulda bir fabrikdə yanğın olub

İstanbulda bir fabrikdə yanğın olub

İstanbulun Esenyurt rayonunda bir nəqliyyat şirkətinə məxsus fabrikin anbarında yanğın olub.
Yerli vaxtla saat 12.10-dan başlayan yanğına xilasetmə və yanğınsöndürmə heyəti müdaxilə etsə də, yanğınısöndürmə işləri davam edir. Yanğın İstanbulun hər tərəfindən görünüb.
Qeyd edək ki, bu gün Türkiyədə 208 meşə yanğınları olub, onlardan 196-ı nəzarətə alınıb, 12-i davam edir.