Türkiyədə yol-nəqliyyat hadisəsi olub.
Uşak vilayətində Ağrıdan İzmirə gedən avtobus Uşak-Ankara magistral yolunda idarəetməni itirərək aşıb. 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralılar xəstəxanaya aparılıb.
Qeyd edək ki, bu, Türkiyədə son bir həftədə dördüncü böyük yol qəzasıdır. Əvvəlki qəzalarda Manisada 6, Balıkəsirdə 15, İzmirdə 8 nəfər olmaqla ümumlikdə 29 nəfər həyatını itirib.