• 4 İyul 2025
logo
Türkiyədə sel qurbanlarının sayı 70 nəfərə çatıb

Türkiyədə sel qurbanlarının sayı 70 nəfərə çatıb

Türkiyədə sel fəlakətindən ölənlərin sayı 70 nəfərə çatıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
“Sel 70 vətəndaşımızın ölümünə səbəb oldu (Kastamonuda 60, Sinopda 9, Bartında 1 nəfər)”, - deyə qurumdan verilən açıqlamada qeyd olunub.
Bundan əvvəl 64 nəfərin təbii fəlakət qurbanı olduğu bildirilmişdi.
AFAD sel fəalkətində xəsarət alan 8 nəfərin isə xəstəxana şəraitində müalicəsinin davam etdirildiyini bildirib.