• 4 İyul 2025
logo
Türkiyədə keçirilən beynəlxalq sərgidə Azərbaycan MSN-in istehsal etdiyi 133 adda məmulat nümayiş olunur

Türkiyədə keçirilən beynəlxalq sərgidə Azərbaycan MSN-in istehsal etdiyi 133 adda məmulat nümayiş olunur

Türkiyənin İstanbul şəhərində Türkiyə Respublikası Prezident Administrasiyasının himayəsi altında və Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirilir.
Müdafiə Sənayesi Nazirliyinin (MSN) İnformasiya texnologiyası şöbəsindən verilən məlumata görə, 17-20 avqust 2021-ci il tarixlərində keçiriləcək sərgidə müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.
Dünyanın inkişaf etmiş 50-dən çox ölkəsindən 1000-dən çox qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində MSN-in müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. olmaqla 133 adda məmulat nümayiş olunur.
Sərgi zamanı müdafiə sənayesi naziri Mədət Quliyevin Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkətlərin təmsilçiləri ilə görüşləri də nəzərdə tutulub.