• 7 İyul 2025
logo
Qərbi Azərbaycanda su böhranı: Korabulaq kəndinə 7 aydır su verilmir

Qərbi Azərbaycanda su böhranı: Korabulaq kəndinə 7 aydır su verilmir - VİDEO

Güney Azərbaycan əyalətlərində su böhranı davam edir. Qərbi Azərbaycanın Şot şəhərinin Korabulaq kəndinə hələ də içməli su verilmir. Güneydən verilən məlumata görə, Qərbi Azərbaycan vilayətinin Şot şəhərinin Korabulaq kəndində 7 aydan çoxdur ki, içməli su kəsilib. Əhali səyyar tankerlər vasitəsilə su ilə təmin olunur. Məlumatda bildirilir ki, hər üç gündən bir kəndə bir tanker su gətirilir. Gunaz.tv