• 31 İyul 2025
logo
Zənganlı uşaq iki dildə 25 şagirdə dərs keçir

Zənganlı uşaq iki dildə 25 şagirdə dərs keçir - VİDEO

Zənganlı Runika Rəcəbi öz ana dili türkcə ilə yanaşı ispan və ingilis dillərində sərbəst danışır. 6 yaşlı Runika, bununla yanaşı piano ifa edir və hal-hazırda 25 nəfərə iki xarici dildə dərs keçir. "Runika az yaşlarından nağl kitablarının bütün səhifələrinə maraq göstərir, reaksiya verirdi. Ona ingiliscə cizgi filmi göstərdikdə xarici dildə öyrənmə istedadının yüksək olduğunu öyrəndim. Xarici sözləri qüsursuz ifadə etməyə, qısa zaman sonra ingilis dilində şeirlər oxumağa başladı"-deyə, Runika Rəcəbinin anası bildirib. Zənganlı uşağın atası deyib ki, hal-hazırda evlərinin bir bölümünü onun üçün ayırıblar. "Runikanın 6-12 yaş arası 25 şagirdi var. Onlara ingilis dilindən dərs keçir"-deyə, atası qeyd edib. Gunaz.tv