• 4 İyul 2025
logo
Sulduzlu milli-mədəni fəal Höccət İsmətzadə həbs olunub

Sulduzlu milli-mədəni fəal Höccət İsmətzadə həbs olunub

Sentyabrın 4-də Qərbi Azərbaycan əyalətinin Sulduz şəhərində yaşayan milli-mədəni fəal Höccət İsmətzadə İran təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
Onun hnası səbəbdən saxlandığına və hara aparıldığına dair heç bir məlumat yoxdur.
Fəalın Sulduzun Saxsıtəpə kəndində etnik kürd azınlığı nümayəndələrinin yerli türk əhali ilə qarşıdurması ilə bağlı həbs olunduğu ehtimal edilir.
Qeyd edək ki, sentyabrın 3-ü, gecə saatlarında Qərbi Azərbaycanın Sulduz mahalının Saxsıtəpə kəndində etnik kürd azlığının radikal nümayəndələri yerli Azərbaycan türklərinin evlərinə basqın ediblər.
Hadisəyə səbəb bir gün öncə kənddə yaşayan iki əkinçi arasında düşən dava olub.
Qarşıdurmada onlardan biri qətlə yetirilib, 4 nəfər isə yaralanıb. Bu hadisə etnik kürd azlığının radikal nümayəndələrinin yerli Saxsıtəpə türklərinin evlərinə basqın etmələrinə səbəb olub.
Uşaqlar, qadınlar və yaşlılar döyülüb, təhqir olunublar.
Bu, sulduzluların geniş etirazlarına səbəb olub. Höccət İsmətzadənin saxlanılması hökumət məmurlarının qeyd olunan hadisəyə laqeyd yanaşmalarına etirazı ilə bağlı olduğu ehtimal edilir.
Gunaz.tv