• 31 İyul 2025
logo
"Ayıq olun, bura Azərbaycandır" - Təbrizin cümə imamı hökumətə xəbərdarlıq etdi

"Ayıq olun, bura Azərbaycandır" - Təbrizin cümə imamı hökumətə xəbərdarlıq etdi

Təbriz şəhərinin cümə imamı Seyid Məhəmmədəli Ali Haşim İran Daxili İşlər Nazirliyinin Şərqi Azərbaycan əyalətinə vali seçimi ilə bağlı mövqeyini qınayıb.
“Nə olub, hər kəs əlinə bir vərəq alıb və özünü vali kimi qələmə verir. Azərbaycan valisi əyalətin şanına uyğun şəxs olmalıdır”-deyə, cümə imamı bildirib.
Azərbaycanın Səttarxan, Bağırxan və Xiyabani, Bakiri kimi dahi şəxsiyyətlərin, qəhrəmanların yurdu olduğunu vurğulayan Ali Haşim bildirib ki, əyalətin valisi, icra başçısı və başqa məsulları Azərbaycanın şan və şöhrətinə yaraşan şəxslər arasından seçilməlidir.
“Daxili İşlər naziri ayıq olsun, bura Azərbaycandır. Burada seçilən şəxslər Azərbaycan adına layiq adamlar olmalıdırlar”-deyə, Seyid Məhəmmədəli Daxili İşlər nazirinə xəbərdarlıq edib.
Qeyd edək ki, İran daxili İşlər Nazirliyi Şərqi Azərbaycana yeni vali təyin edilməsi məsələsində əyalət əhalisinin istəyini nəzərə almaq istəmir.
Nazirlik özlərinin və Tehrandakı başqa mərkəzçi məsulların nəzərdə tutduğu şəxsi əyalətin valisi kimi təyin etmək istəyirlər.
Nazirliyin bu cəhdi şəhər şurası üzvləri və başqa yerli qurumların narazılığına səbəb olub.
Gunaz.tv