• 30 İyul 2025
logo
Türkiyədə ukraynalı turistləri daşıyan avtobus qəzaya uğrayıb, 1 nəfər ölüb, 35 nəfər yaralanıb

Türkiyədə ukraynalı turistləri daşıyan avtobus qəzaya uğrayıb, 1 nəfər ölüb, 35 nəfər yaralanıb

Türkiyənin Muğla vilayətində yol qəzası baş verib.
Qəza Muğla-Dənizli magistral yolunda qeydə alınıb.
Bodrumdan Dənizliyə gedən ukraynalı turistləri daşıyan avtobus içərisində şagirdlər olan mikroavtobusla toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, 35 nəfər yaralanıb.
Yaralılar Dənizli və Muğladakı xəstəxanalara çatdırılıb.