İranda qətldə və narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan daha 2 məhkum edam edilib.
İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, 9 il əvvəl naməlum səbəbə görə qətl törədən və həmin vaxtdan həbsdə saxlanılan 30 yaşlı məhkum Yasin Abdullahi sentyabrın 29-u sübh saatlarında Zahidan şəhərinin zindanında dara çəkilib.
Həmin gün, narkotok maddələrin satışı və qaçaqmalçılığında təqsirli bilinərək barəsində ölüm hökmü çıxarılmış 42 yaşlı məhkum Abbasqulu Salehi İsfahan şəhərinin Dəstgerd həbsxanasında dar ağacından asılıb.
Bildirilir ki, məhkum həmin ittihama görə 20 il həbsdə saxlandıqdan sonra edam edilib.
Gunaz.tv