• 30 Aprel 2024
logo
Türkiyə Prezidenti: “Azad edilmiş ərazilər yaxın zamanda nümunəvi istehsal mərkəzinə çevriləcək”

Türkiyə Prezidenti: “Azad edilmiş ərazilər yaxın zamanda nümunəvi istehsal mərkəzinə çevriləcək”

Türkiyə Qarabağda dağıntıların nəticələrinin aradan qaldırılmasına böyük əhəmiyyət verir.
“Anadolu”nun verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, işğaldan azad edilmiş ərazilərdə ağıllı kənd təsərrüfatı layihələrinin icra olunacağını diqqətə çatdırıb.
Ərdoğan dağıntıların nəticələrinin aradan qaldırılması üçün modern tikinti üsullarına əhəmiyyət verildiyini vurğulayıb.
Türkiyə dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə ötən gün Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyduqlarını xatırladıb: “30 ilə yaxın davam edən işğaldan sonra azad edilən bölgələrdə kənd təsərrüfatı istehsalı müasir üsulla həyata keçiriləcək. Ürəkdən inanıram ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri yaxın zamanda bölgədə nümunəvi istehsal mərkəzinə çevriləcək”.