“Türk Dövlətləri Təşkilatının ATƏT-in işində iştirak etməsi bizim birgə səylərimizə töhfə verəcək”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxışı zamanı deyib.
O, ATƏT sədrliyinin Türk Dövlətləri Təşkilatını ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasına qonaq qismində dəvət etdiyini təqdir etdiyini vurğulayıb.
“Biz inanırıq ki, ATƏT bizim regionumuzdun sülh və sabitliyində daha geniş rol oynaya bilər”, - deyə M. Çavuşoğlu vurğulayıb.