“Ukraynada mülki əhalinin təxliyəsi üçün elan edilən atəşkəsi məmnuniyyətlə qarşılayırıq”.
NTV-nin xəbərinə görə, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
“Atəşkəsin davamlı olması və sülh müzakirələrinin nəticə verməsi üçün Prezidentimizin rəhbərliyində təşəbbüslərimiz davam edəcək”, - Kalın vurğulayıb.