• 15 Yanvar 2025
logo
Türkiyədə inflyasiya 61%-i keçib

Türkiyədə inflyasiya 61%-i keçib

Bu ilin mart ayında Türkiyədə istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 61,14% artıb.
Türkiyə Statistika Təşkilatının verdiyi məlumata görə, aylıq inflyasiya 5,46% təşkil edib.
Ayrı-ayrı qruplara gəldikdə, ən aşağı illik qiymət artımı rabitə xidmətlərində olub - 15,08%. Təhsil sektorunda illik qiymət artımı 26,73%, səhiyyə sistemində isə 34,95% təşkil edib. Geyim və ayaqqabı isə 26,95% bahalaşıb.
Digər tərəfdən, ən yüksək illik qiymət artımı nəqliyyat sektorunda (99,12%) müşahidə olunub. Qida və alkoqolsuz içkilər 70,33%, mebel və məişət əşyəları isə 69,26% bahalaşıb.