• 15 Yanvar 2025
logo
Ərdoğan Yaponiya Baş naziri ilə Ukraynanı müzakirə edib

Ərdoğan Yaponiya Baş naziri ilə Ukraynanı müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Baş naziri Fumio Kisida ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı Türkiyə-Yaponiya münasibətlərinin dərinləşdirilməsi istiqamətində atılan addımlar və Ukraynadakı müharibə müzakirə edilib.