Türkiyə, Bolqarıstan, Gürcüstan, Polşa, Rumıniya və Ukraynanın müdafiə nazirləri videokonfrans şəklində bir araya gəlib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazir Hulusi Akarın da qatıldığı görüşdə, regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə edildi: “İclasda Ukraynada diplomatik səylər nəticəsində təcili atəşkəsə nail olmağın və mülki şəxslərin təhlükəsiz təxliyyəsinin vacibliyi vurğulandı".