Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə “Anadolu” məlumat yayıb.
Xəbər görə, Quterreş Moskvada Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqlara dair Ərdoğanı məlumatlandırıb.