• 22 Dekabr 2024
logo
Akar: “Yunanıstan təxribatlarını davam etdirir”

Akar: “Yunanıstan təxribatlarını davam etdirir”

Yunanıstan Egey və Aralıq dənizlərində təxribat xarakterli hərəkət və ritorikasını inadla davam etdirir.
Bu barədə milli müdafiə naziri Hulusi Akar deyib.
O qeyd edib ki, Türkiyənin problemləri dialoq yolu ilə həll etmək niyyəti zəiflik deyil.
“Biz özümüzün və kiprli qardaşlarımızın haqlarını tapdalamağa icazə verməyəcəyik. Yunanıstan hər dəfə bəzi təşəbbüslərlə, o cümlədən beynəlxalq təlimlərlə ölkəmizə qarşı addımlar atır, biz buna heç vaxt icazə verməyəcəyik", - deyə o bildirib.