Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriyanın Kansleri Karl Nehammer ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Danışıq zamanı Türkiyə-Avstriya münasibətləri və Ukrayna-Rusiya müharibəsi ilə bağlı proseslər müzakirə edilib.
Ərdoğan Ukraynadakı müharibəni sülh yolu ilə tez bir zamanda dayandırmaq üçün tərəfləri dialoq kanalları üzərində işləməyə təşviq etməyə davam etdiyini bildirib.