Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr - Anım Günü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Baymedia.az xəbər verir ki, bunu dövlət başçısı X-də yazıb.
"Qarabağın və işğal altındakı Azərbaycan torpaqlarının azadlıq mübarizəsinin başlanğıcı olan Anım Günündə bütün şəhidlərimizi rəhmətlə, hörmətlə yad edirəm. Qarabağ Azərbaycandır", - Ərdoğan bildirib.