• 7 İyul 2025
logo
Türkiyə MN Azərbaycanı təbrik etdi

Türkiyə MN Azərbaycanı təbrik etdi

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibəti ilə təbrik edib.

Baymedia.az xəbər verir ki, bu barədə nazirlik X sosial şəbəkə hesabında paylaşım edib.

“İki bədəndə bir can: Türkiyə-Azərbaycan! Qardaş Azərbaycanın Müstəqillik Gününü təbrik edir, asil Azərbaycan xalqını salamlayırıq. Qardaşlarımızla “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman bir və bərabər olmağa davam edəcəyik. Yaşasın Türkiyə -Azərbaycan qardaşlığı”, - paylaşımda qeyd edilib.