• 28 Aprel 2024
logo
Xocalının ağrısı türk xalqında dərin bir yaradır - Cahit Bağcı

Xocalının ağrısı türk xalqında dərin bir yaradır - Cahit Bağcı

Bu gün Xocalı faciəsinin 32-ci ildönümüdür. Xocalının ağrısı türk xalqında dərin bir yaradır.

Baymedia.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Ana harayı" abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında bildirib.

"Kədərimiz davam edir. Bu kədəri ürəyimizdə dərindən hiss edirik. Bir tərəfdən bu kədəri yaşayarkən, digər tərəfdən Qarabağın işğaldan azad olunmasını, ərazi bütövlüyünün bərpa olmasına sevinirik. Antiterror tədbirləri ilə Azərbaycanın ərazi bötüvlüyü bərpa edildi. Xocalı faciəsində şəhid olanların,qətlə yetirilənlərin qisası alındı. Allah hər birinə rəhmət eləsin. Xocalılı qardaşlarımız artıq öz doğma ata-baba yurdlarına geri dönə biləcəklər", - deyə o, bildirib.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.