• 27 Aprel 2024
logo
Hakan Fidan: Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq

Hakan Fidan: Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq

Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımının ildönümü ilə bağlı başsağlığı verib və ölkəsinin qardaş Azərbaycanla həmrəy olduğunu bildirib.

Baymedia.az xəbər verir ki, Türkiyə xarici siyasət idarəsinin başçısı sosial şəbəkələrdə ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri qanlı cinayətlə bağlı paylaşım edib.

Hakan Fidanın paylaşımında deyilir: “Bütün dünyanın gözləri önündə 32 il əvvəl Xocalıda qətlə yetirilən qardaşlarımın xatirəsini anıram. Qardaş Azərbaycana başsağlığı verirəm. Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq”.

Türkiyə XİN-in başçısı öz paylaşımında Türkiyə və Azərbaycanın Dövlət Bayraqlarını da əlavə edib.