• 28 Aprel 2024
logo
Lavrov Türkiyəyə gedir

Lavrov Türkiyəyə gedir

Rusiya xarici işlər naziri Sergey Lavrov 1-2 mart tarixlərində Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə səfər edəcək.

Baymedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər zamanı Lavrov Türkiyə xarici işlər naziri Hakan Fidanla Ukrayna və Suriyadakı vəziyyəti, eləcə də ticarət və energetika məsələlərini müzakirə edəcək.