İsrail qırıcılarının Qəzzanın mərkəzi hissəsinə endirdiyi zərbələr nəticəsində HƏMAS-ın fövqəladə hallar bürosunun rəhbəri öldürülüb.
Baymedia.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
“Gecə ordu kəşfiyyatının məlumatları əsasında qırıcıların endirdiyi zərbələr nəticəsində HƏMAS-ın fövqəladə hallar bürosunun rəhbəri Hatəm əl-Rameri məhv edilib”, - məlumatda qeyd olunub.
Bildirilib ki, əl-Rameri HƏMAS-ın hərbi qanadının fəallarından biri olub.