• 6 May 2024
logo
Yaxın Şərqdə İrana qarşı ittifaq yaradılır

Yaxın Şərqdə İrana qarşı ittifaq yaradılır

İranın İsrailə hücumundan sonra Yaxın Şərqdə antiiran ittifaqının yaradılması üçün ilkin şərtlər yarandı.

Baymedia.az xəbər verir ki, bu barədə “Forin Afiers” məlumat yayıb.

“İrandan İsrailə atılan raketlərin qarşısının alınmasında iştirak edən regional və beynəlxalq koalisiya İrana qarşı regional ittifaq yaratmaq potensialını nümayiş etdirir”, - məlumatda deyilir.

Qeyd edək ki, aprelin 13-dən 14-nə keçən gecə İran İsrailə 185 PUA, 36 qanadlı raket və 110 yer-yer raketi atıb.