Moskva yaxınlığındakı “Krokus”da baş verən qırğından sonra Rusiya hökuməti ölkəyə daxil olan miqrantlara nəzarəti gücləndirib. Aprelin 27-də Tacikistan XİN-i ölkə vətəndaşlarını zərurət olmadıqca Rusiyaya getməməyə çağırıb. Aprelin 22-nə olan məlumata görə, Rusiya-Qazaxıstan sərhədində Tacikistan dövlət nömrə nişanlı 200-ə yaxın avtomobil saxlanılıb. Yaşı 14-dən 60-a kimi olan taciklər dindirilir, Rusiya sərhədçiləri onların mobil telefonlarını yoxlayır.
Baymedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Yetkinlik yaşına çatmayanlara və pensiyaçılara Rusiyaya xüsusi yoxlama olmadan keçməsinə icazə verilir. Tacikistan bildirib ki, bu müddət ərzində təkcə Vnukovo hava limanında minə qədər Tacikistan vətəndaşı saxlanılıb. Bütün məhbuslar pis sanitar şəraitdə qalır. Həmin dövrdə Rusiya Tacikistanın 322 vətəndaşına ölkəyə giriş icazəsi verib, lakin 306 nəfər ölkədən çıxarılıb. Aprelin 27-də Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, terror aktlarının qarşısının alınması üçün tədbirlərin gücləndirilməsi məqsədilə sərhəddə gücləndirilmiş tədbirlər müvəqqətidir. Martın 30-dan etibarən Rusiyada yaşayan taciklərin xaricə axını müşahidə olunur. Taciklər səfirlikdən xahiş edirlər ki, həyati təhlükə səbəbindən onları tez bir zamanda vətənlərinə yönləndirsinlər”, - məlumatda deyilir.
Qeyd olunur ki, “Krokus” hücumunda şübhəli bilinənlərin əksəriyyəti Tacikistan vətəndaşları olduğu üçün Kreml taciklərə təzyiqləri artırıb.