• 21 May 2024
logo
Ukrayna kəşfiyyatı Kiyevin mərkəzində əməliyyat keçirir

Ukrayna kəşfiyyatı Kiyevin mərkəzində əməliyyat keçirir

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Kiyevin mərkəzində əks-kəşfiyyat əməliyyatları keçirir.

Baymedia.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Qeyd edilib ki, əks-kəşfiyyat tədbirləri Şevçenko rayonu, Sofiya və Mixaylovskaya meydanları və ətraf ərazilərdə aparılır.

Bildirilib ki, əməliyyatlar Ukrayna Milli Polisi, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hüquq-mühafizə Xidməti və digər güc strukturları ilə birgə keçirilir.

Ukrayna Təhlükəsizlik Xidməti bir sıra keçid və küçələrdə məhdudiyyətlərin olacağı ilə bağlı xəbərdarlıq edib.