• 10 İyul 2025
logo
Belarusda koronavirusa yoluxanların sayı 2919 nəfərə çatıb

Belarusda koronavirusa yoluxanların sayı 2919 nəfərə çatıb

Belarusda son sutka ərzində daha 341 nəfər koronavirusa yoluxub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Belarus Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ölkədə koronavirusa yoluxanların sayı 2919 nəfərə çatıb.
Qeyd olunub ki, son sutka ərzində 3 nəfər koronavirusdan vəfat edib. Bununla da Belarusda koronavirusdan ölənlərin sayı 29 nəfərə yüksəlib.