ABŞ prezidenti Donald Trampın ailə üzvləri karantin rejimini pozub.
Prezidentin qızı İvanka Tramp və kürəkəni Cared Kuşner yəhudi Pesax bayramında iştirak etmək üçün övladları ilə birgə Nyu-Cersiyə yollanıb.
C.Kuşner qısa müddət sonra Ağ Evə qayıtsa da, İ.Tramp Nyu-Cersidə işini davam etdirir.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Vaşinqton sakinlərinə şəhəri tərk etmək qadağan edilib.
Bununla bağlı hələlik rəsmi açıqlama verilməyib.