• 13 May 2025
logo
Rusiyada bir gündə koronavirusa 4 mindən çox yoluxma qeydə alındı, 41 nəfər öldü

Rusiyada bir gündə koronavirusa 4 mindən çox yoluxma qeydə alındı, 41 nəfər öldü

Rusiyada koronavirusa yoluxma göstəriciləri növbəti dəfə rekord vurub.

Ölkədə son sutka ərzində 4 069 nəfər koronavirusa yoluxub, daha 41 nəfər virusdan həyatını itirib.

Bu günə qədər Rusiyada 32 007 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı isə 273 nəfərə çatıb.

Ümumilikdə, 2 590 nəfər sağalıb, 29 144 nəfərin müalicəsi davam edir.